İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub.
10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Baş Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir. Tədbir zamanı Tarixin İzi İlə tarixi-sənədli film nümayiş etdirilmiş və foto şəkildən ibarət sərgi keçirilmişdir.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Baş konsul Əliyənnağı Hüseynov çıxışında 12 dekabrın Ümummilli Lider Heydər Əliyevin anım günü olduğunu, Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad etdiyini və üzərinə düşən tarixi missiyaları hər zaman uğurla yerinə yetirmiş unikal şəxsiyyətin ruhuna dualar oxuduğunu bildirmişdir.
Ə.Hüseynov tarixə nəzər saldıqda bütün xalqların taleyində ağır sınaqlar dövrü yaşadığını, hər dəfə ağır bəlalar gələndə xalqın yetirməsi olan liderlər ortaya çıxdığını və öz xilaskarlıq missiyası ilə insanları birləşdirməyə nail olduğunu söyləmişdir.
Baş Konsul qeyd etmişdir ki, bəli, məhz böyük liderlər xalqın dar günüdə ortaya gəlir bir qayda olaraq, yeganə ümid rolunda çıxış edərək nicat yolunu göstərirlər. İnsanları bu nicat yolunda təhlükəsiz məcraya aparmaq üçün xalqın inamı mühüm amil olsa da yetərli deyil. Yetərli olan xalqın inandığı liderin özünü doğruldaraq dahiliyə yüksəlməsi və yaxud da dahi adını əbədiyyətə qədər qoruya bilməsidir. İftixarla deyə bilərik ki, Azərbaycan xalqının taleyindəki ağır və sarsıdıcı sınaqlar ortaya çıxdığı bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın, dövlətin və ölkənin imdadına yetişdi. Bu baxımdan 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı təbii və qanunauyğun hal kimi böyük Tanrının xalqımıza bəxş etdiyi xilaskarlıq simasıdır.
Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycanın Respublikasının Naxçıvan Muxtar Respublikasının parlamentinin sədri seçilən dövrdən başlayaraq xarici ölkələrlə əlaqələrinin qurulması naminə bir sıra tarixi addımlar atmışdır. Bu istiqamətdə İranla əlaqələrin qurulmasına, sərhəd qonşumuz olan böyük İslam ölkəsi ilə birbaşa xoş münasibətlərin yaranmasına xüsusi mövqe sərgilənib. Sonrakı illərdə xalqımızın böyük oğlunun müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti nəticəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında da qarşılıqlı etimad məsələsinin təməl prinsipləri müəyyən olundu. Bu mənada əlaqələr prinsip və mahiyyətinə görə hər iki ölkənin və xalqın maraq və mənafelərini özündə əks etdirir. İftixarla qeyd edə bilərik ki, bu müdrik siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və İran arasında həyata keçirilən kommunikasiya layihələri təkcə iki qonşu ölkə üçün deyil bütün Avrasiya üçün faydalı və əhəmiyyətlidir.
Dövlətçiliyin qorunması, qüdrətli ordu quruculuğu, xalqın rifahının yüksəlişi Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyanın təməl prinsipləri sırasında yer almışdır. Təcavüzkar Ermənistanın Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrinin aradan qaldırılması Azərbaycan dövləti üçün başlıca problem sayılırdı. Təəssüflə qeyd etmək lazımdır ki, məsələni sülh yolu ilə həll etmək səylərinə baxmayaraq Azərbaycanın bu humanist rəftarı düzgün dəyərləndirilmədi.
Ulu Öndər Heydər Əliyevdən Azərbaycana bitib-tükənməyən irs milli miras olaraq əmanət qalıb. Müasir, müstəqil, qüdrətli və sülhsevər Azərbaycan dövləti bu milli irsin sırasında yer alan ən nəfis siyasi memarlıq nümunəsidir. Müasir Azərbaycan dövləti
Gələcək nəsillərə əmanət olan bu mirası göz bəbəyi kimi qoruyan Prezident İlham Əliyev böyük bir müdrikliklə əcdadlarımızın dövlətçilik arzularını reallığa çevirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin tam bərpasını təmin etdi.
Məlum olduğu kimi təcavüzkar Ermənistanın Azərbaycan Respublikasına qarşı yeni ərazi iddiaları və işğalçılıq cəhdləri İkinci Qarabağ müharibəsinə səbəb olmuşdu. Azərbaycan 2020-ci ilin sentyabrında beynəlxalq hüququn aspektlərini əlində rəhbər tutaraq 44 günlük Vətən müharibəsi və sonrakı illərdə tətbiq etdiyi hərbi-siyasi tədbirlər sayəsində rəşadətli hərbi qələbə əldə edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Böyük məmnuniyyət hissi ilə xatırlatmalıyıq ki, Prezident İlham Əliyevin məlum sərəncamı ilə 20 sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür. Bu əziz günü bizlərə bəxş edənin qəhrəman şəhid və qazilərimizin fədəkarlığını ədəbiyyətə qədər uca tutmaq xalqımızın könül borcudur.
Tarixi Zəfəri Azərbaycana Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz qazandırıb. Otuz illik işğala son qoyulub, işğaldan azad olunan ərazilərə böyük qayıdış istiqamətində dövlət strategiyası əzmlə həyata keçirilir. Son yüz ildə ilk dəfədir ki, erməni separatizminin Azərbaycanda yaratdığı təhlükə riskləri konkret olaraq Azərbaycan ərazilərindən kənara çıxarılıb. Müqəddəs Qarabağ Zəfəri bütün bölgə ölkələri üçün birgə kompleks inkişaf imkanları yaradıb.
Ulu öndərimizin ən böyük arzusu və amalı işğal altındakı torpaqlarımızı düşməndən azad etmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini təmin etmək olmuşdur. Nəsillərə əmanət etdiyin müstəqil və müasir Azərbaycan Respublikası günbəgün qüdrətlənir. Ulu öndər Heydər Əliyev bu işğala son veriləcəyinə həmişə inanmış, öz mətin siyasi iradəsi ilə xalqımızda böyük ümidlər yaratmışdır.
Ruhun şad olsun əziz Liderimiz.