Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüqularının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomtik nümayəndəlik və konsulluqlarında seçki məntəqəsi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən İran İslam Respublikasında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətədə olan 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədi ilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.
Telefon nömrəsi - 0098413333480204,
Elekton poçt ünvanı - tabriz@mission.mfa.gov.az
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı, doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.