2023-02-26

XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ BAŞ KONSULLUQDA EHTİRAMLA YAD EDİLİB

      

 

26 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. 

İlk öncə Xocalı Soyqırımı zamanı həyatlarını itirmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək Xocalı Soyqırımının səbəb və nəticələrindən danışmışdır.

Sonda Xocalı Soyqırımına həsr olunmuş “Xocalı - Bir Millətin Kədəri” adlı sənədli film nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış