2023-01-18

Təbrizdə 20 yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib

  

17 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda 20 yanvar faciəsində həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş fotosərgi keçirilmişdir.

Sərgidə bir sıra İran dövlət və ictimaiyyət nümayəndələri ilə yanaşı, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun kollektivi, həmçinin Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak etmişlər.

İlk öncə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbirdə çıxış edən Baş konsul Əliyənnağı Hüseynov 20 Yanvar faciəsinin səbəb və nəticələrindən geniş söz açmışdır.

Çıxışın ardından 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş və fotosərgi ilə tanışlıq olunmuşdur.

Arxiv üzrə axtarış