2020-02-11

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2020-ci il.

Arxiv üzrə axtarış