İran İslam Respublikasında dostluq səfərində olan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Vətənə qayıdıb. Hər iki ölkənin bayrağının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan dənizçilərimiz oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.