2017-10-09

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Gilan vilayətinin rəhbəri ilə görüşüb

İrana səfər çərçivəsində Azərbaycanın hərbi dənizçiləri Gilan vilayətinin rəhbəri Mustafa Salari ilə görüşüb.
Görüş zamanı vilayət rəhbəri İran-Azərbaycan münasibətlərinin tarix boyu yüksələn müstəvidə inkişaf etdiyini qeyd edərək, Azərbaycan dənizçilərinin İrana səfərindən şad olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov Ali Baş Komandan İlham Əliyevin Xəzər dənizinin dostluq və qardaşlıq dənizi olduğunu bildirdiyini qeyd edərək, bu cür səfərlərin qarşılıqlı və davamlı olacağına inandığını qeyd edib.
Sonda dənizçilərimiz Rəşt muzeyini ziyarət ediblər.

Arxiv üzrə axtarış