news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyul 2016

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına giriş və tranzit vizalarının rəsmiləşdirilməsi üçün rüsum dərəcələri endirildi

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 14 iyun 2016-cı ildə təsdiq edilmiş 291-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.8-ci, 16.1.9 və 17.8-ci maddələri ləğv edilmiş, 16.1.6-cı maddəsinə isə dəyişiklik edilmişdir.

Qeyd olunan dəyişikliklərə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına giriş və tranzit vizalarının rəsmiləşdirilməsi üçün aşağıdakı rüsum dərəcələri tətbiq olunur:

Tranzit vizaların və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 20 ABŞ dolları.

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti