Konsulluq xidməti və Viza
Konsulluq İşləri

İran İslam Respublikasına diplomatik və ya xidməti pasportla getmək niyyətində olan Azərbaycan Respublikasının vətəndaşları İrana vizasız gedə və bu ölkədə 1 ay qala bilərlər.

İran İslam Respublikası tərəfindən birtərəfli qaydada viza ləğvi sisteminə uyğun olaraq, adi pasportla İran İslam Respublikasına səfər etmək niyyətində olan Azərbaycan Respublikasının vətəndaşları İrana vizasız gedə və bu ölkədə 15 gün qala bilərlər (15 gün müddətinin sonuna qədər ölkəni tərk etmək tövsiyə olunur). Konkret səbəblərə görə bu müddətdən artıq İran İslam Respublikasında qalmaq niyyətində olan şəxslər 15 gün müddətinin bitməsinə qədər müvafiq bölgənin İmmiqrasiya və Xarici Vətəndaşlar Polisinə müraciət etməlidirlər.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti