news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 dekabr 2025

Baş konsul Taleh Zöhrabovun Şərqi Azərbaycan vilayətinin valisi Bəhram Sərməstlə keçirdiyi görüşə dair məlumat.

İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu Taleh Zöhrabov İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi Bəhram Sərməstlə 26 dekabr 2025-ci il tarixində tanışlıq görüşü keçirmişdir.

Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və mədəni əlaqələr, habelə icrada olan müştərək layihələr müzakirə edilmişdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud olan tarixi, mədəni və dini bağların əlaqələrin əsasını təşkil etdiyi vurğulanmış və əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti