news banner image Desktop news banner image Mobile
Press release 24 November 2025

Nazir Ceyhun Bayramovun İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşünə dair mətbuat məlumatı

24 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib. 

Görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun və Parlamentlərarası əlaqələrin vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə bu il həyata keçirdiyi iki səfərin münasibətlərə əlavə təkan verdiyi qeyd olunub. 

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını bildiriblər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Share this page

All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy