2020-03-16
İran İslam Respublikasında yaşayan və ya müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Əziz həmvətənlər!

Məlum olduğu kimi, yeni tip koronavirus (COVİD-19) bir çox ölkədə,o cümlədən İran İslam Respublikasında sürətlə yayılmaqdadır. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi əməl edilməsi xahiş olunur:

- İran İslam Respublikasının müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;

- Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi;

- Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçilməsi;

- Baş Konsulluq tərəfindən yaradılmış "qaynar xətt” nömrəsi ilə əlaqə saxlanılması.

Həmçinin bildiririk ki, vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilməkdədir.

Bu məqsədlə Baş Konsulluqda elektron poçt ünvanı və xüsusi telefon nömrəsi müəyyən edilərək, “qaynar xətt”in fasiləsiz fəaliyyəti təmin edilmişdir.

Bu səbəbdən vətəndaşlardan təxirəsalınmaz zəruri hallar və qarşılaşdıqları problemlərlə bağlı aşağıdakı vasitələrlə Baş Konsulluqla əlaqə yaratmaları xahiş olunur.  

“Qaynar xətt” nömrəsi: 00989020951383

Elektron poçt: secretariatconsulateaz@gmail.com, 

n.y.jafarov@gmail.com

 

növbəti xəbər əvvəlki xəbər