Mətbuat şərhi 23 sentyabr 2026

İran İslam Respublikasından Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğv edilməsinə dair

 

                   

 

İran İslam Respublikasından Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğv edilməsi ilə əlaqədar hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə! Azərbaycan Respublikasına qayıtmaq üçün aviabilet əldə etmiş və reyslərin ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında fəaliyyət göstərən quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstərilməsi və qayıdışın təmin edilməsi üçün vətəndaşlarımızdan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.

İran İslam Respublikasının aviaşirkətlərindən Azərbaycan Respublikasına aviabilet alan Azərbaycan Respublikasının vətəndaşlarının aviabiletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur.

Əlavə məlumat və dəstək üçün:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin qaynar xətt nömrələri:

(+98901) 884-55-31; (+98905) 523-01-07; (+9821) 2259-63-03.

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətt nömrələri:

(+98914) 472-14-10; (+9841) 3333-48-04.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti