2018-03-19
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİ

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə  təyin edilmişdir.

İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu İran İslam Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarını seçkilərdə iştirak etməyə dəvət edir.

Səsvermə Baş Konsulluğun binasında 2018-ci il aprelin 11-də saat 8:00-dan 19:00-dək keçiriləcəkdir.

Seçkidə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu özünüzlə götürməyiniz zəruridir.

Ünvan: Təbriz şəhəri, Vəliəsr, Arif küçəsi 9.

 

növbəti xəbər əvvəlki xəbər