2017-12-18
Ali Məclisin Sədri İranda səfərdədir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasında işgüzar səfərdədir.

Naxcivantv.az xəbər verir ki, Ali Məclisin Sədri dekabrın 17-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Ali Məclisin Sədri İran İslam Respublikasının Azərbaycan Respublikası ilə, xüsusilə də, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib  və İranla enerji, turizm və yükdaşımaları sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  bildirib ki, İran və Azərbaycan xalqları hər iki ölkəni öz evləri hesab edir və qarşılıqlı səfərlər zamanı heç zaman qəriblik hissi keçirmirlər:

“İran islam Respublikası Azərbaycanla bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyi alqışlayır  və bunun üçün tam hazır olduğunu bildirir. Xüsusi ilə dəmir yolu sahəsində, yol tikintisi, kənd təsərrüfatı, müştərək istehsalat sahələrində, gömrük və elektirik enerjisi eləcədə digər sahələrdə əməkdaşlığımızı daha da gücləndirməliyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasına işgüzar səfəri davam edir.

növbəti xəbər əvvəlki xəbər