2017-11-01
Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin noyabrın 1-də Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.

Görüşdə xalqlarımız arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edildi. Azərbaycan ilə İran arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Vurğulandı ki, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar var.

növbəti xəbər əvvəlki xəbər