2017-10-09
Azərbaycan hərbi dənizçilərinin İrana səfəri zamanı gəmilər qarşılıqlı ziyarət olunub

Azərbaycan hərbi dənizçilərinin İrana səfərinin növbəti günündə planlaşdırılmış tədbirlər həyata keçirilib. Gəmi heyətləri və rəhbər şəxslərin iştirakı ilə hər iki ölkənin gəmiləri ziyarət edilib.
İlk olaraq İran hərbi dənizçiləri Azərbaycan gəmisini ziyarət ediblər. Gəmi ilə tanışlıqdan sonra qonaqları  maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan dənizçilərindən ibarət heyət isə İranın “Cövşən” raket katerini ziyarət ediblər.
Sonda dənizçilərimiz İran hərbi dənizçilərinə Azərbaycan mətbəxinin dadlı təamlarını təqdim ediblər.

növbəti xəbər əvvəlki xəbər