2016-10-11
09.10.2016-cı il tarixdə Azərbaycan Respublikasının Təbrizdəki yeni təyin olunmuş baş konsulu Əliyənnağı Hüseynov İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə ilə tanışlıq görüşü keçirmişdir.

Görüşdə iki ölkə arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək, bundan sonra da iqtisadi, mədəni, idman və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanmışdır. Vali İ.Cabbarzadə baş konsul təyin olunması münasibəti ilə Ə.Hüseynovu təbrik edərək ona işlərində uğurlar arzulamışdır. Baş konsul səmimi qəbula və təbrikə görə vali İ.Cabbarzadəyə öz təşəkkürünü bildirmişdir. 

növbəti xəbər əvvəlki xəbər