Konsulluq məsələləri

İran İslam Respublikasına səfər etmək istəyən diplomatik və ya xidməti pasporta malik Azərbaycan Respublikası vətəndaşları vizasız İran İslam Respublikasına səfər edə və 1 ay müddətində bu ölkədə qala bilərlər.

İran İslam Respublikasının birtərəfli qaydada tətbiq etdiyi vizasız rejimə uyğun olaraq bu ölkəyə səfər etmək istəyən ümumvətəndaş pasportuna malik Azərbaycan Respublikası vətəndaşları vizasız İran İslam Respublikasına səfər edə və 15 gün müddətində bu ölkədə qala bilərlər (15-ci gün tamam olmadan ölkədən çıxmaları tövsiyə olunur). Müəyyən səbəbə görə İran İslam Respublikasında nəzərdə tutulan müddətdən artıq qalmaq istəyən şəxslər 15 günlük müddətin bitməsindən əvvəl bu ölkənin müvafiq bölgədəki Pasport və miqrasiya polisinə müraciət etməlidirlər.