2017-01-09
Naftalan müalicəvi kurort turizm mərkəzi

Naftalan müalicəvi kurort turizm mərkəzi

Azərbaycan Respublikasının Naftalan rayonunda dünyada analoqu olmayan, xüsusi iyə malik qara-qəhvəyi və qonur rəngli qatı maye - Naftalan nefti hasil edilir. Naftalana dünya şöhrəti qazandıran onun möcüzəli müalicəvi əhəmiyyətə malik palçıq-neft vannalarıdır.

Naftalan neftinin nadir xüsusiyyətləri və yüksək təbii tibbi təsirə malik olması 100 ildən artıq müddətdə bir çox elmi tədqiqat və xəstəliklərin müalicəsində istifadə edilməklə qazanılmış təcrübə nəticəsində təsdiqlənmişdir. Müalicəvi Naftalan kurort terapiyasının digər metodları və təbii amillər (əlverişli ekoloji şərait və təmiz şam ağacı havası) ilə birgə oynaq xəstəliklərinin, eləcə də nevroloji, uroloji, ginekoloji, dəri və digər xəstəliklərin müalicəsində böyük rol oynayır.

Hazırda Naftalanda 2100 qonağı qarşılaya, onlara yüksək səviyyədə xidmət göstərə biləcək kurort-sanatoriya mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə qonaq olanlar yalnız istirahət etmirlər, onlar həm də burada quraşdırılan ən müasir tibbi avadanlıqlar vasitəsilə yüksəkixtisaslı həkimlərin nəzarəti altında müayinələrdən keçir və müalicə alırlar.

Hazırda şəhərdə 3-ü beşulduzlu olmaqla 10 kurort-sanatoriya, turizm-istirahət mərkəzi fəaliyyət göstərir.

Yaradılan turizm məkanlarında həm də müasir əyləncə mərkəzləri fəaliyyət göstərir. Turistlərin mənalı istirahəti üçün ekskursiyalar və konsert proqramları təşkil olunur.

 

növbəti xəbər əvvəlki xəbər