2017-01-09
Şahdağ Qış-Yay Turizm Kompleksi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında yaradılmış Şahdağ Qış-Yay Turizm Kompleksi Qafqaz sıra dağlarının şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.

İl boyu istirahət və dünya standartlarına uyğun keyfiyyətdə xidmət təklif edən Şahdağ Qış-Yay Turizm Kompleksi Azərbaycanın ən gözəl regionlarından birində, Qusar şəhərinin 25 kilometrliyində yerləşir.

Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli hotellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta, yay mövsümündə çadırda gecələmək kimi müxtəlif istirahət növləri arasında seçim edə bilərlər.

Qış mövsümü ərzində müxtəlif səviyyəli xizəkçilərin öhdəsinə 19 ədəd yamac verilir. Peşəkar xizəkçilik məktəbi və xizəklərin icarəsi mağazasında qonaqların hər bir ehtiyacını qarşılamaq üçün hər cür ləvazimat və məsləhət təklif edilir. Ən son texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri il boyu mükəmməl qar şəraitini təmin edir.

Digər qış idman əyləncələrinə aeroxizək sürmə, kanatla dağa qalxma, qarda sürüşmə, tübinq və uşaqlar üçün qar parkı daxildir. İsti yay aylarında dağda velosiped, tronttinet sürmə, kanatla dağa qalxma, at sürmək, kvadrosikllərdə gəzinti, peyntbol, Bob Kart, ziplayn və daha bir çox əyləncələrdən istifadə etmək mümkündür. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunur.

Layihənin gedişatında istirahət zonasına həmçinin, qolf, tennis, futbol və basketbol meydançaları, eləcə də akvapark, üzmə hovuzları, spa və əyləncə məkanlarının da daxil edilməsi planlaşdırılır. İstirahət mərkəzinin əsas ticarət kompleksində bir sıra geyim dükanları, restoranlar və geniş yeraltı avtodayanacaq istifadəçilərin xidmətinə təqdim olunur.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop