2016-07-03
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səyahət etmək istəyən 

xarici ölkə vətəndaşlarına xəbərdarlıq

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfər etmək istəyən bütün xarici ölkələrin vətəndaşlarına xatırladırıq ki, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən davam edən işğal səbəbi ilə sözügedən ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan sözügedən ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hesab edilir.  

Bir daha bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərinə səfərdən çəkinməyə çağırırıq.

Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqdır. 

növbəti xəbər əvvəlki xəbər