İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır.  İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur.1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır.İranın Bakıdakı Mədəniyyət Mərkəzi (1993-cü ildən) və Naxçıvan MR-də Baş Konsulluğu (1992-ci ilin dekabr ayından) fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu Azərbaycan Respublikası Milli Məclisinin 26 avqust 1992-ci il tarixli qərarı ilə təsis edilmiş və  20 oktyabr 2004-cü ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun fəaliyyət dairəsi İran İslam Respublikasının 4 vilayətinin ərazisini əhatə edir.Bunlar Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Gilan vilayətləridir. 

Azərbaycanın Respublikasının Təbrizdəki Baş Konsulluğunun fəaliyyət dairəsini əhatə edən ikitərəfli münasibətlər (2014-cü ildən başlayaraq qeyd olunub) 

2014-cü il,  25-28 fevral  -  Azərbaycan və İran arasında sərhəd çayları üzrə müştərək işçi qrupunun iclası Təbrizdə keçirilmişdir

2014-cü il, aprel - İranın Şərqi Azərbaycan Vilayətinin Səhiyyə Xidmətlərinin rəisi, eyni zamanda Təbriz Tibb Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Bakı və Naxçıvan şəhərinə səfər etmişlər. Səfər zamanı Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

2014-cü il, 05-07 may - Azərbaycannın Naxçıvan Muxtar Respublikasında umumilli lider H.Əliyevin ildönümünə münasibətilə keçirilən idman yarışlarında  İranın Qərbi Azərbaycan Vilayətinin idman komandası iştirak etmişdir

2014-cü il, 10 iyun - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye nazirinin rəhbərliyi ilə muxtar respublikanın iş adamlarından ibarət olan iqtisadi heyət İran İslam Respublikasının Culfa şəhərinə, Araz Azad Ticarət və Sənaye Zonasına birgünlük səfər etmişdir.

2014-cü il, 19-20 iyun - Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi iqtisadi heyət Qərbi Azərbaycan Vilayətində səfərdə olmuşdur.

2014-cü il,  iyul, avqust, noyabr   -  Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələri nümayəndələrinin İranın Gilan, Ərdəbil və Qərbi Azərbaycan Vilayətlərinə tanışlıq səfərləri həyata keçirilmişdir

2014-cü il  -  İranın Urmiya şəhərində keçirilmiş karate yarışlarında, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil vilayətlərində keçirilmiş velosiped yarışlarında Azərbaycan idmançıları iştirak etmişlər

2014-cü il,  15-17 sentyabr -  İranın Təbriz Universiteti və Qafqaz Universitetlər Birliyi Tərəfindən təşkil olunmuş "M.Şəhriyarın anadan olmasının 108-ci ildönümü və Qafqaz ədəbiyyatları beynəlxalq simpoziumda" Azərbaycandan da nümayəndələr qatılmışlar

2014-cü il -  İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan, Ərdəbil vilayətlərində fəaliyyət göstərən 20-yə yaxın turizm şirkətlərinin rəhbərlərinin, təmsilçilərinin Azərbaycanın Naxçıvan Muxtar  Respublikasına tanışlıq səfərləri həyata keçirilmişdir

2014-cü il, 13-18 sentyabr  -  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Təbriz anım həftəsində iştirak etmək üçün Təbrizə səfər etmişlər

2014-cü il  -  İranın Qərbi Azərbaycan Vilayətinin Kənd Təsərrüfatı Təşkilatının nümayəndə heyəti Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər etmişdir

2014-cü il, 20 sentyabr - Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə səfər edən İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş keçidin tətbiqinə başlanmışdır. Qeyd olunan tarixdən İran İslam Respublikası vətəndaşları Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə, muxtar respublikanın sərhəd-keçid məntəqələrində 10 avro müqabilində rəsmiləşdirilən və muxtar respublika ərazisində 15 gün qalma hüququ verən giriş icazəsi əsasında səfər etməyə başlamışlar.

2014-cü il,  2-3 oktyabr  - İranın  Təbriz  Universitetinin rektoru, Qərbi Azərbaycan Vilayətindən nümayəndələr Bakı Beynəlxalq Humanitar forumunda iştirak etmək üçün Bakıya səfər etmişlər.

2014-cü il, 23-24 oktyabr - İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Naxçıvan Muxtar Respublikasına ikigünlük səfər etmişdir.

2015-ci il, 7-10 fevral - Azərbaycan Respublikasının Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və onun başçılıq etdiyi nümayəndə heyəti Təbriz şəhərinə səfər etmiş, səfər çərçivəsində “Azərbaycan Respublikasının Gəncə şəhəri ilə İran İslam Respublikasının Təbriz şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair” Protokol imzalanmışdır.

2015-ci il, fevral - Azərbaycan Respublikasının taekvando komandası Ərdəbilin Meşkinşəhr şəhərində, kiqboks komandası Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində yarışa qatılmışdır.

2015-ci il, 5 may - İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətinin Azərbaycanlı həmkarları ilə görüşü çərçivəsində İran və Azərbaycan Respublikasının Biləsuvar gömrük idarələrinin rəisləri görüşmüşdür.

2015-ci il, may – Azərbaycan Respublikasının voleybol komandası Ərdəbildə keçirilən idman yarışlarına qatılmışdır.

2015-ci il, 19 may - Təbriz şəhərində keçirilən Qafqaz Universitetləri Birliyinin V konqresi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinə Qafqaz Universitetləri Birliyi tərəfindən elmi fəaliyyətlərinə görə xüsusi mükafat təqdim olunmuşdur.

2015-ci il, 20-21 may - Bakı şəhərində keçirilən III “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti valisinin siyasi və ictimai məsələlər üzrə müavini, İİR Qərbi Azərbaycan Vilayətinin Mədəniyyət Şurasının üzvü, İİR Urmiyə Tibb Elmləri Universitetinin və İİR Urmiyə Azərabadeqan Universitetinin rektoru, İİR Qərbi Azərbaycan Vilayətinin Mədəniyyət Şurasının və İİR Qərbi Azərbaycan Valiliyinin Siyasi və Seçkilər İdarəsinin baş direktoru, İİR Qərbi Azərbaycan Valiliyinin dinlər, etniklər və beynəlxalq əlaqələr üzrə mütəxəssisi iştirak etmişdir.

2015-ci il, 25-26 may - Azərbaycan Respublikasının Astara və Biləsuvar gömrük idarələrində Azərbaycan Respublikası ilə İran İslam Respublikası gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər

2015-ci il, 9 iyun - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri başçılıq etdiyi nümayəndə heyəti İranın Şərqi Azərbaycan Vilayətində səfərdə olmuş, səfər zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə  İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair” memorandum imzalanmışdır.

2015-ci il, iyul - Azərbaycan Respublikasının karate və şahmat komandaları Urmiyada keçirilən beynəlxalq müsabiqədə iştirak etmişdir.

2015-ci il, 4 avqust - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin başçılıq etdiyi 3 nəfərlik nümayəndə heyəti Təbriz şəhərinə səfər etmişdir.

2015-ci il, 13 avqust - İran İslam Respublikasının Təbriz şəhərində Müsafir Parkında “Təbrizim” adlı beynəlxalq küçə (meydan) tamaşası festivalı keçirilmişdir. Festivalda Azərbaycan Respublikasından da rejissorların tamaşaları səhnəyə qoyulmuş və bu tamaşalardan biri diplomla təltif olunmuşdur.

2015-ci il, 14 avqust - İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində birinci “İstehsal və ixracat imkanları” iqtisadi sərgisi keçirilmişdir.

2015-ci il, 17 avqust - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin rəhbərliyi ilə  nümayəndə heyəti Şərqi Azərbaycan Vilayətinə səfər etmişdir.

2015-ci il, 15 sentyabr - Təbriz Universitetində “Ustad Şəhriyar adına mədəniyyət ordeninin təqdimatı beynəlxalq festivalı”nın açılış mərasimi olmuş, festival çərçivəsində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitunun direktoru və digər alimlərimiz Şəhriyar ordeni və postamenti ilə təltif olunmuşlar

2015-ci il, 06-08 oktyabr - Araz Azad Ticarət və Sənaye Zonasının rəhbərinin başçılıq etdiyi Araz Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyəti 2 gün müddətinə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.

2015-ci il, 9-10 oktyabr - Azərbaycan və İranın Astara şəhərlərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın işçi iclası keçirilmiş

2015-ci il, 19-22 oktyabr - İranın Şərqi Azərbaycan Vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmiş, səfər çərçivəsində vali Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, həmçinin, Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının xarici işlər naziri, iqtisadiyyat və sənaye naziri, fövqəladə hallar naziri və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmüşdür.

2015-ci il, 13 oktyabr - Qərbi Azərbaycan Vilayətinin Baş Gənclər və İdman İdarəsinin baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər etmişdir.

2015-ci il, 16-19 noyabr – Bakıda keçirilən Gilan Vilayəti və İranın digər vilayətlərindən şirkətlərin təmsil olunduğu “Gilanpəjuh” sərgisi çərçivəsində Gilan valisinin Azərbaycan Respublikasına işgüzar səfəri olmuş, səfər zamanı vali Azərbaycan Respublikasının baş nazirin müavini, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, fövqəladə hallar naziri, nəqliyyat naziri və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmüşdür.

2015-ci il, 23 dekabr - Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın iclasının davamı olaraq Azərbaycan-İran biznes forumu Təbriz şəhərində  keçirilmişdir. Azərbaycan nümayəndə heyətinin başçısı, komissiyanın həmsədri olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Təbrizin fəxri sakini adı ilə təltif edilmişdir

2016-cı il, 25 fevral - Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasından nümayəndə heyəti Bakı şəhərinə səfər etmişdir. 

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğun fəaliyyət dairəsini əhatə edən vilayətlərlə imzalanmış sənədlər (2014-cü ildən başlayaraq qeyd olunub) 

2014-cü il, aprel - İranın Şərqi Azərbaycan Vilayətinin Səhiyyə Xidmətlərinin rəisi, eyni zamanda Təbriz Tibb Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Bakı və Naxçıvan şəhərinə səfər etmişlər. Səfər zamanı Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

2015-ci il, 7-10 fevral - Azərbaycan Respublikasının Gəncə şəhər İcra Hakimiyyəti başçısının Təbriz şəhərinə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Gəncə şəhəri ilə İran İslam Respublikasının Təbriz şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair” Protokol imzalanmışdır.

2015-ci il, 9 iyun - Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İranın Şərqi Azərbaycan Vilayətinə səfəri zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə  İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair” memorandum imzalanmışdır.

2015-ci il, 4 avqust - İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Elm və Texnologiyalar Parkı ilə Azərbaycan Respublikasının Yüksək Texnologiyalar Parkı arasında memorandum imzalanmışdır.